Mehmet Ali Erbildən gənc sevgilisi barədə YENİ ETİRAF
16 iyun 2026 11:10 (UTC +04:00)

Mehmet Ali Erbildən gənc sevgilisi barədə YENİ ETİRAF

0

Türkiyəli aparıcı və şoumen Mehmet Ali Erbil ilə sosial media fenomeni Eylem Çelik arasında münasibət yaşandığı barədə iddialar yenidən gündəmə gəlib.

Türkiyə mediasınının məlumatına görə, 69 yaşlı Mehmet Ali Erbilin 21 yaşlı Eylem Çeliklə münasibətdə olduğu xəbərləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Daha əvvəl Eylem Çelik bu iddiaları qəti şəkildə təkzib etmişdi. Bundan sonra gözlər Mehmet Ali Erbilə çevrilib və o da məsələ ilə bağlı açıqlama verib.

Mehmet Ali Erbil bildirib ki, Eylem Çeliklə Instagram vasitəsilə tanış olub. Onun sözlərinə görə, ötən həftə İstanbulun İstinyePark ticarət mərkəzində yerləşən restoranlardan birində birlikdə şam ediblər.

Şoumen həmin görüş zamanı Eylem Çelikin bir bilərzik bəyəndiyini və ondan adının baş hərfini əks etdirən hədiyyə istədiyini iddia edib. Erbil bildirib ki, bu istəyə uyğun olaraq üzərində "M" hərfi olan bilərzik alıb.

Mehmet Ali Erbil görüşlərinin yalnız bir dəfəlik olmadığını da vurğulayıb. O, Eylem Çelikin daha sonra evinə gəldiyini və birlikdə vaxt keçirdiklərini deyib.

Erbilin sözlərinə görə, Eylem Çelik Sarıyerdə yerləşən evində bir neçə saat qalıb və hətta birlikdə TikTok yayımı da ediblər. Məşhur aparıcı sonradan verilən açıqlamaların onu təəccübləndirdiyini bildirib.

O, Eylem Çelikin onu tanımadığı ilə bağlı açıqlamalarının həqiqəti əks etdirmədiyini iddia edib və belə deyib: "Məşhur olmaq, adını daha çox tanıtmaq və daha çox izlənmək üçün məndən istifadə etdi."

Mehmet Ali Erbil baş verənlərə görə məyus olduğunu da gizlətməyib. O, bu məsələdə istifadə olunan tərəfin özü olduğunu bildirərək, yayılan bəzi açıqlamaların həqiqətə uyğun olmadığını söyləyib.

Eylem Çelik isə öz növbəsində sevgili olduqları ilə bağlı iddiaları yenidən təkzib edib. O bildirib ki, aralarında heç bir emosional münasibət olmayıb və bu xəbərlərə inanılmamasını xahiş edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar