Hollivudun məşhur, eyni zamanda ən qeyri-adi cütlüklərindən olan Selena Qomes və Benni Blanko yenidən şou dünyasının diiqət mərkəzinə düşüb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 33 yaşlı məşhur sosial media hesabında həyat yoldaşı Blanko ilə münasibətlərindən görüntülərin yer aldığı rəngarəng fotolar paylaşıb. Paylaşımın ən çox diqqətçəkən fotosu cütlüyün izdihamlı bir restoranda axşam yeməyi zamanı çəkilmiş görüntüsü olub.
Qara rəngli və dərin sinə dekolteli zərif libas geyinən Qomes həyat yoldaşının onun sinəsindən öpdüyü anların fotosunu paylaşıb. Məşhur müğənninin həmin anda kameraya gülümsəyərək poza verməsi diqqətdən yayınmayıb.
38 yaşlı prodüser paylaşımın altına romantik şərhlər yazıb. O, “Sənə hər gün bir az daha çox aşiq oluram” və “Qollarında olanda zaman dayanır” sözləri ilə sevgisini ifadə edib.
Cütlüyün ictimai məkanda bu qədər rahat və səmimi poz verməsi sosial media istifadəçilərini iki düşərgəyə ayırıb. Bir çox pərəstişkarları onların davranışını müdafiə etsə də, bəzi istifadəçilər buna etiraz ediblər. Bir istifadəçinin “Bunu bu qədər insanın olduğu yerdə etmək həqiqətən də dəlilikdir” şərhi minlərlə bəyənmə toplayıb.
Xatırladaq ki, Selena Qomes daha əvvəl Blankonun proqramında qonaq olarkən söhbət zamanı onun ayağını öpmüşdü. Həmin görüntülər də günlərlə sosial medianın ən çox müzakirə olunan mövzularından biri olmuşdu.


