“Miras” Almaniya kinofestivalında ölkəmizi təmsil edəcək
Festivalda Azərbaycanı rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi müsabiqə bölməsində təmsil edəcək. Bu barədə Lent.az-a Fariz Əhmədov özü məlumat verib.
F.Əhmədov bildirib ki, festivalda 20-dən artıq ölkənin 52 filmi əsas mükafatlar uğrunda mübarizə aparacaq. “Miras” filminin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunub. Bu sənədli ekran əsəri indiyədək bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb.
Qeyd edək ki, Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə SSRİ dövlət mükafatı laureatı A.A. Proşkinin emalatxanasında təhsil alır.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06