“Sazın Ədaləti, Ədalətin sazı”
Dekabrın 7-də Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin birgə təşkil etdiyi “Sazın Ədaləti, Ədalətin sazı” adlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbir ustad aşıq, əməkdar incəsənət xadimi Ədalət Nəsibovun yaradıcılığına həsr olunub.
Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bildirib ki, bu tədbirin keçirilməsində əsas məqsəd Aşıq Ədalətin könlünü şad etmək, həm də bu sənətin ustadlarını xatırlatmaqdır. 22 il əvvəl Dövlət Filarmoniyasında Aşıq Ədalətin 50 illik yubileyinin qeyd olunduğunu xatırladan Zəlimxan Yaqubun sözlərinə görə, tanınmış ustad sazın milli çərçivələrini qıraraq bu sənəti müxtəlif ölkələrdə təbliğ edib: ““Qarabağ şikəstəsi” deyiləndə Xan Şuşinski, “Sona bülbüllər” deyiləndə Qədir Rüstəmov yada düşdüyü kimi, “saz” dedikdə Aşıq Ədalət, “Aşıq Ədalət” dedikdə saz yada düşür. Aşıq sənəti tarixində elə bir aşıq olmayıb ki, Ədalət qədər ona şeirlər həsr olunsun. Aşıq Ədalət sazı nə qədər gözəl çalırsa, şeiri də o qədər gözəl oxuyur, mən Ədaləti “sazın şahı” adlandırıram”.
Çıxışından sonra Zəlimxan Yaqub ilk olaraq, Aşıq Ədaləti və onun yetirməsini səhnəyə dəvət edib.
Tədbirdə “Yeddi oğul istərəm” filmində “Yanıq Kərəm”in sədaları altında Cəlalın ölümü səhnəsi nümayiş etdirilib.
Daha sonra aşıqlardan Fəzail Misginli, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Azər Xanlaroğlu, Ramin Qarayev, Avdı Musayev, İmaməli Budaqov, Cahangir Quliyev, Vüqar Mahmudoğlu, Bəhmən Göyçəli, İlham Astanbəyli, Fazil Təmiri və digərləri çıxış edib.
Xəyalə Muradlı

Oxşar yazılar

Nəfəsinizi kəsəcək ən yaxşı həyəcan filmləri
1 may 2025 , 19:58
“Rəşad Dağlının övladlarını sevindirdik, demədik ki, əfv olunsun” - Ağamirzə ilə MÜSAHİBƏ
1 may 2025 , 14:12
Robotlar, cəsuslar... - Sizə həyəcan verəcək 5 film -VİDEO
1 may 2025 , 13:16
Dahilərdən günahkarlıqla bağlı 10 sitat
1 may 2025 , 10:14
Kino Agentliyinə baş direktor təyin olundu
30 aprel 2025 , 13:52
Netfliksdə yeni serial: hər saniyə həyəcanda saxlayacaq
30 aprel 2025 , 10:14
Ən yaxşı 7 macəra filmi -VİDEO
29 aprel 2025 , 17:28