Sabit Rəhmanın 100 illik yubileyi qeyd olundu –
Lent.az-ın məlumatına görə, tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Sabit Rəhman yaradıcılığından söz açıb. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə çıxışında Sabit Rəhmanın komediya janrının ustadı olduğunu, yazıçı-dramaturq kimi əvəzsiz xidmətləri olduğunu bildirib. Ə. Vəliyev acı bir xatirəni də tədbir iştirakçılarına danışıb: “Mənim Sabit Rəhmanın oğlu, bəstəkar Emin Sabitoğlu ilə yaxın münasibətim olub. Atasının 90 illik yubileyi qeyd olunan zaman Emin Türkiyədən gəlmişdi. Yubiley tədbirinə hazırlaşırdı, hər xırda detalla özü maraqlanırdı. Ancaq yubiley günü biz acı bir xəbər aldıq. Emin Sabitoğlu qəfildən dünyasını dəyişdi və biz o tədbiri keçirə bilmədik. Kaş Emin sağ olaydı, atasının 90, 100 illik yubileylərini görəydi”.
Nazir müavini onu da qeyd edib ki, ilin sonuna qədər Süleyman Rəhimov, Yusif Səmədoğlu, Sabir Əhmədov və Xanımana Əlibəylinin də yubileyləri Milli Kitabxanada qeyd olunacaq: “Qərara gəldik ki, bu şəxslərin yubiley tədbirləri məhz kitabxanada keçirilsin. Çünki onlardan qalan yadigar məhz kitablarıdır”.
Tədbirdə Sabit Rəhmanın kitablarından, tərcümə etdiyi əsərlərdən, özünün həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət sərgi nümayiş etdirilib. Eyni zamanda “Sabit Rəhman -100” biblioqrafiyası və filologiya elmləri doktoru Bədirxan Əhmədovun qələmə aldığı “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” kitabı təqdim olunub.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11