“Azdrama”nın yeni binası qapılarını teatrsevərlərin üzünə açır - EKSKLÜZİV
20 oktyabr 2010 16:23 (UTC +04:00)

“Azdrama”nın yeni binası qapılarını teatrsevərlərin üzünə açır - EKSKLÜZİV

Noyabrın 9-da Azərbaycanda I Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başlayacaq. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan konfrans Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əsaslı təmir olunmuş yeni binasında baş tutacaq. Bu, təmirdən sonra teatrda keçiriləcək ilk tədbir olacaq. Konfransda müxtəlif ölkələrin tanınmış rejissorları, prodüserləri, teatr təşkilatlarının rəhbərləri, teatrşünasları iştirak edəcək. Beynəlxalq konfrans iki gün davam edəcək.

Qeyd edək ki, 138 illik tarixi olan Azərbaycan teatr sahəsində ilk dəfədir belə bir konfrans keçiriləcək.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar