Gülzar Qurbanova 1970-ci ilin bu günündə dünyaya gəlib. Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. “Azərbaycanfilm”də 20-dən artıq filmə çəkilib. Rasim Ocaqovun “Ölsəm, bağışla” filmindəki Gulyadan tutmuş həyat yoldaşı, rejissor Elxan Cəfərovun çəkdiyi “Yarımçıq xatirələr”dəki snayperçi Jannaya qədər rəngli obrazlara çəkilib.
Bu gün özünü 50 yaşı münasibəti ilə təbrik edən aktrisa Tanrıdan bunları diləyir: “Ürəyimi zikrinlə, ağlımı fikrinlə, ruhumu feyzinlə, nəfsimi şükrünlə, beynimi elminlə doldur ya Rəbbim.
Bizləri paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsurluğa, insanlığa, haqqa, ədalətə dəvət et.
Vətənə məhəbbəti sözdə deyil, gördüyümüz işdə, çəkdiyimiz zəhmətdə, fəaliyyətimizdə nümayiş etdirməyi bizlərə nəsib et”.
50 yaşınız mübarək, Gülzar xanım! Sizi bu yaşınızda “Azərbaycanfilm”də istehsal olunub dünya kinoteatrlarında nümayiş edilən filmlərdə görək.