ABŞ-dan olan alimlər müşahidələr və eksperimentlər zamanı toplanmış məlumatları təhlil edərək, yüzillik yaşı olan insanların fərqli xüsusiyyətlərini müəyyən ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin zehni və ya fiziki imkanları daha gənc yaşa uyğun gələn 70 və daha yuxarı yaşlı insanları aid etdikləri tədqiqata yüzilliklər cəlb edilib.
Beləliklə, alimlər onlara xas qabiliyyətləri və fərqli xüsusiyyətləri haqqında bir neçə nəticə çıxara biliblər. Bostondakı Massaçusets Ümumi Xəstəxanasından amerikalı nevroloq Bradford Dikersonun dediyinə görə, onların tədqiqatında MRT beyin skan etmə texnologiyasından istifadə edilib. Bu da yüzilliklər arasında insanların beynin emosiyalar, dil və stressə reaksiyalarla bağlı daha çox inkişaf etmiş hissələri olduğunu göstərib.
Bundan əlavə, yüzilliklər həyata fərqli münasibət göstəriblər. Bir çox yaşlı insanlar mühafizəkar olmağa meyllidirlər və rahatlıq zonalarını tərk etməyi sevmirlər, yüzilliklər yeni şeylərə açıqdırlar və onlar yeni bir bacarıq əldə etmək üçün narahatlığa dözməyə hazır idilər.
“Yüzilliklər rahatlıq zonalarını asanlıqla tərk etmələri və mümkün çətinliklərə baxmayaraq, çox vaxt onları maraqlandıran bilik və bacarıqlar naminə bunu etmələri ilə fərqlənirlər. Ola bilsin ki, insanın davamlı olaraq özü üçün qoyduğu yeni problemlərin həlli yollarının axtarışı, gözlənilən ömür uzunluğunun artmasının açarıdır", - elmi ekspertlər yekunlaşdırıblar.