Yarıçılpaq  qızlarla əyləndilər:   Danimarkalı futbolçular otel işçilərini "yoldan çıxartdı"
16 oktyabr 2021 02:14 (UTC +04:00)

Yarıçılpaq qızlarla əyləndilər: Danimarkalı futbolçular otel işçilərini "yoldan çıxartdı"

Danimarka milli komandasının futbolçuları vaxtından əvvəl 2022-ci il dünya çempionatına vəsiqə qazanıblar.

Lent.az xəbər verir ki, komanda oktyabrdakı həlledici görüşlərdə əla əhval-ruhiyyədə olub.

Futbolçular qaldıqları otelin yarıçılpaq işçiləri ilə əyləniblər.

Qalmaqalda "Çelsi"nin müdafiəçisi Andreas Kristensen, "Tottenhem"in oyunçusu Pyer-Emile Heyberg, "Lester"in futbolçuları Kasper Şmeyxel və Yannik Vesterqard, həmçinin “Brentford”da çıxış edən Kristian Norqor və Matias Yensenin adları hallanır.

Otelin meneceri Maykl Lauritsen, Danimarkanın “Se og Hor” jurnalında baş verən hadisəni belə şərh edib:

“Təsdiq edə bilərəm ki, kadr siyasətimizə əməl etməyən iki işçiyə töhmət verməli oldum. Danimarka Futbol Federasiyası ilə daim əlaqə saxlayıram və təbii ki, bunu müzakirə etdik. Mənə dedilər ki, qadınlarla oyunçular eyni hovuzda olublar, sonradan isə bir yerə toplaşıblar”.

Gördüyünüz kimi, qızlarla birlikdə istirahət danimarkalılara düşərli olub. Onlar Moldovanı 4:0, Avstriyanı isə 1:0 hesabı ilə məğlub ediblər. Beləliklə, qrupda birinci yeri təmin edən Danimarka millisi Dünya çempionatının final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.

# 2082
avatar

Oxşar yazılar