Xəstənin öd kisəsindən 382 daş çıxdı
24 dekabr 2022 04:29 (UTC +04:00)

Xəstənin öd kisəsindən 382 daş çıxdı

Hindistanlı cərrahlar içərisində 382 daş olan öd kisəsini çıxarıblar. Hadisə Madhya Pradeş ştatında baş verib.  
Lent.az-ın xəbərinə görə, bu barədə Time Bulletin məlumat yayıb.

Xəstə belində və döş qəfəsində şiddətli ağrılar olduğundan kənd xəstəxanasına müraciət edib. Orada ona diaqnoz qoyularaq mərkəzə göndərilib.

Həkimlər ultrasəs müayinəsinin köməyi ilə öd kisəsində 382 daş aşkar ediblər, bəzilərinin diametri bir santimetrə çatıb.

Həkimlər iki saatlıq əməliyyatla öd kisəsini içindəki daşlarla birlikdə çıxarıblar.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1458
avatar

Oxşar yazılar