Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sonsuzluqdan əziyyət çəkən insanların sayı ilə bağlı məlumatları yeniləyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yenilənən məlumata görə, dünyada təxminən hər altı nəfərdən biri çoxalmaqda çətinlik çəkir.
Hesabatda qeyd edilib ki, böyüklərin 17,5 faizi sonsuzluqla üzləşir ki, bu da yüksək keyfiyyətli qayğıya çıxış imkanlarının artırılmasının təcili ehtiyac olduğunu göstərir. Problemin ömür boyu yayılması yüksək gəlirli ölkələrdə 17,8 faiz, aşağı və orta gəlirli ölkələrdə isə 16,5 faiz təşkil edib.
ÜST-nin Baş Direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, bu məsələ diqqətdən kənarda qalmamalıdır, çünki dünyanın valideyn olmaq istəyən insanlara şans vermək üçün təhlükəsiz, effektiv və sərfəli həllərə ehtiyacı var.
Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin sonsuzluğun səbəblərini tez-tez həm kişilərin, həm də qadınların sağlamlığında müxtəlif amillərin olduğunu qeyd edib.
Bu problemlər isə belədir:
kişi faktoru (xayalar, seminifer borular, boşalma ilə bağlı problemlər) - 26 faiz;
qadın faktoru (ovulyasiya, serviks, fallopiya borularının zədələnməsi, endometrioz ilə bağlı problemlər) - 44 faiz;
cinsi əlaqə ilə bağlı problemlər - 6 faiz;
aydın olmayan səbəblər - 28 faiz.