Türkiyənin daxili işlər naziri Süleyman Soylu TOGG avtomobilini ustalarla birgə yoxlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, İstanbulun Maslak məhəlləsində yerləşən Atatürk Avtomobil Zavodunun ustaları nazirin xidməti avtomobilini testdən keçiriblər. Ən xırda detallarına qədər yoxlayan ustalar maşının heç bir problemi olmadığını deyiblər.
Nazir S. Soylu Maslakdakı avtomobil zavodunun ustalarının Türkiyənin ən yaxşı maşın ustaları olduğunu bildirib. Onun sözlərinə görə, ustalar “TOGG hamının testindən keçib, bir də biz test edək”, deyiblər.