Bəzi insanlar eşqi tapmaq və onunla xoşbəxt bir həyat yaşamaq istəyir. Ancaq bəziləri isə ciddi münasibətlərdən qaçır və subay olmağa üstünlük verirlər. Onlar özləri ilə vaxt keçirməkdən və özlərini sərbəst hiss etməkdən böyük həzz alırlar. Bu səbəbdən evlilik fikri onlara həmişə çox uzaqdır.
Bəs, hansı bürclər daha çox evlilikdən qaçır?
Lent.az “bekarlıq sultanlıqdır” deyib tək və yalnız yaşamağı sevən bürcləri təqdim edir:
Buğa
Buğa bürcləri təkliyi sevən bürclərdəndir. Kiminsə onların həyatına qarışmasını sevmirlər.
Onlar hər zaman işləri haqqında düşünür və karyeralarında yaxşı yerlərə gəlmək əsas məqsədləridir. Buna görə də münasibət qurmağa uzaqdırlar.
Şir
Şirlər həyatlarında qurduqları nizamla yaşamağı sevirlər və o nizamla ayaqlaşa bilməyən birisini istəmirlər. Buna görə də çox vaxt tək qalırlar. Onlar sosial insanlar olsalar da, yalnızlıqlarını ön planda saxlayırlar. Çox vaxt düşünürlər ki, özlərini daha da inkişaf etdirmək üçün təklik daha yaxşı variantdır.
Qız
Qızlar üçün həyatlarında iş və karyera hər şeydən üstündür. Bu səbəbdən ciddi bir münasibətə vaxt ayıra bilmirlər. Bir növ məqsədlərinə çatmaq üçün subay qalmağı seçirlər. Bunlarla yanaşı, qızlar həmçinin çox vasvasıdırlar. Hər şeyi yüz ölçüb, bir biçirlər. Buna görə də münasibətlərində çox seçicidirlər. Mükəmməl münasibəti tapmaq üçün daim axtarışdadırlar.
Tərəzi
Tərəzilər özlərini sevir və yaşadıqları həyata hörmət edə biləcək birini axtarırlar. Özlərinə inamları yüksəkdir. Onlarla ayaqlaşmaq çox da asan deyil. Bu səbəbdən çox vaxt tərəzilər həyatlarında kiməsə ehtiyac duymurlar. Onların fikrincə, özlərini hər cəhətdən təmin edə bilirlər.
Oğlaq
Oğlaqların çox yüksək standartları var. Şəxsi həyatlarına çox vaxt ayırırlar. Buna görə də ciddi münasibətlərə zaman qalmır. Oğlaqlar daim öz təyin etdikləri nizam ətrafında və yalnız yaşaya bilərlər.