Şeytanağacı bitkisi - Necə istifadə edilir?
14 avqust 2021 11:48 (UTC +04:00)

Şeytanağacı bitkisi - Necə istifadə edilir?

Parklarda tez-tez rastımıza çıxan bir ağac var. Üzərindəki meyvələri lap lobyaya oxşayır. Çoxları isə bu ağaca keçibuynuzu deyir. Amma elə deyil. Bu şeytanağacı bitkisidir. Amma bu bitki də olduqca faydalıdır.

Lent.az məlumat verir ki, fitoterapevt Elnur Eldaroğlu bu bitkidən nə zaman və necə istifadə etmək lazım olduğunu bildirib:

“Hipertoniya və xolesistit zamanı bitkinin meyvələrindən quru və xırdalanmış halda 1 xörək qaşığı götürüb termosa qoymaq və üzərinə 250 ml qaynar su əlavə edib axşamdan səhərə qədər saxlamaq, daha sonra isə süzmək lazımdır. Gündə 3-4 dəfə yemək arası 1-2 xörək qaşığı qəbul etmək olduqca faydalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3831
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar