Qeyri-adi cinayət  - 19 min dollarlıq medalyonu  uddu
04 dekabr 2025 18:42 (UTC +04:00)

Qeyri-adi cinayət - 19 min dollarlıq medalyonu uddu

0

Yeni Zelandiyada qeyri-adi hadisə baş verib. Auckland şəhərinin mərkəzində yerləşən Partridge Jewellers mağazasında 32 yaşlı şəxs qiymətli bəzək əşyasını oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Lakin hadisəni fərqləndirən məqam şübhəlinin medalyonu udduğunu iddia etməsidir.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, söhbət Faberge yumurtası formasında hazırlanmış, brilyant və sapfirlərlə bəzədilmiş medalyondan gedir.

Zinət əşyasının dəyəri 33 585 Yeni Zelandiya dolları, yəni təxminən 19 300 ABŞ dollarıdır. Zinət evinin yaydığı məlumata görə, bu unikal medalyon 60 ağ brilyant və 15 mavi sapfir ilə bəzədilib. Açıldıqda isə yumurtanın içindən 18 karat qızıldan hazırlanmış miniatür səkkizayaqlı ilbiz fiquru ortaya çıxır.

Polis həmin əşyanı hələ də tapmayıb və şübhəlinin onu udub-udmadığı müəyyən edilməyib. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar