Ardahanda havaların soyuması ilə yüksəklikdəki yaylaqlar ağ örpəyə bürünub. Dağlıq ərazilərdə yaşayan insanlar qar yağandan sonra mal-qaralarını kəndlərə endirməli olublar.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Ardahanın Damal mahalı Mustafa Kamal Məhəlləsi Yaylasına güclü qar yağıb. Səhəri 15 santimetrdən çox qarla örtülü yaylaqda açan dağlılar əsl sürprizlə qarşılaşıblar. Dağlılar bu il qarın tez yağması səbəbilə kəndlərinə qayıtmaq üçün hazırlıqlara başlayıblar. Qarla örtülü yaylaqda heyvanlar üçün yem tapmaq çətinləşir. Buna görə də dağlılar heyvanlarını da götürüb kəndlərinə qayıdırlar.