Türkiyə sakini Gözde Doğan qarpız əzməklə yeni dünya rekordu vurub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, cəmi bir dəqiqəyə beş qarpızı parçalaya bilib.
Bunun üçün Gözde yalnız ombasından istifadə edib.
Beləliklə, qız əvvəlki rekordu üstələyib.
Doğanın bacarıqlarını nümayiş etdirdiyi videoçarx Ginnesin Rekordlar Kitabının sosial media səhifəsində yayımlanıb.
Videoda Gözdenin iki cərgə qarpız arasında kilimdə oturduğu görünür.
Onları bir-bir partlayana qədər budları ilə bərk sıxır.
Qız əllərini qarşısında saxlayır ki, heç kim onun dürüstlüyündən şübhələnməsin.
Daha sonra Doğan əzilmiş qarpızın qalıqlarını çıxarır, suyunu dəsmalla silir və yenisi ilə də eyni şeyi etməyə davam edir.
Türk qadın tapşırığı uğurla yerinə yetirdikdən sonra Ginnesin Rekordlar Kitabının nümayəndələri ona diplomu təntənəli şəkildə təqdim ediblər.
Beləliklə, onun rekordçu statusu rəsmən təsdiqlənib.