Putinə 2032-ci ilə qədər "ölümsüzlük iksiri"  vəd edildi
21 noyabr 2025 14:46 (UTC +04:00)

Putinə 2032-ci ilə qədər "ölümsüzlük iksiri" vəd edildi

0

Kremlin başçısına amerikalı bir futuroloq tərəfindən süni intellekt və biotexnologiya sayəsində "ölümsüzlük iksiri"nin təxminən 6-7 il ərzində ortaya çıxa biləcəyi proqnozu verilib.

“Sberbank”ın rəhbəri German Qref, Kremlin rəhbəri Vladimir Putinlə müzakirə zamanı 6-7 il ərzində insanların "əbədi həyat" şansı əldə edə biləcəyini söyləyib. 

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Qref amerikalı futuroloq Raymond Kurtsvelin şərti "ölümsüzlük iksiri"ilə bağlı proqnozunu təsdiqləyib.

Qrefin sözlərinə görə, təxminən 2032-ci ilə qədər sağ qalan insanlar "nəinki 100 ildən çox yaşaya biləcək, həm də ölməzliyə nail ola biləcəklər". 

O qeyd edib ki, Kurtsveilin son proqnozuna görə, bu nailiyyət 2030-2035-ci illər arasında olacaq. Futuroloq özü əvvəllər həyatın radikal şəkildə uzadılmasını süni intellekt texnologiyalarının inkişafı ilə əlaqələndirib.

Öz növbəsində, Putin mövzunu dəstəkləyərək, Rusiyada orta ömür müddətinin 150 ilə qədər artırıla biləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 92

Oxşar yazılar