Peyvənddən 3 dəfə imtina edən QIZ ÖLDÜ
14 avqust 2021 17:08 (UTC +04:00)

Peyvənddən 3 dəfə imtina edən QIZ ÖLDÜ

Türkiyənin Samsunun Bafra mahalında yaşayan 26 yaşlı Lalə Duran, koronavirusdan həyatını itirib.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, gənc qız ailə üzvləri arasında peyvənd vurdurmayan yeganə insan olub. Buna baxmayaraq, 3 dəfə ünvana qədər gələn peyvənd vurma qruplarından da imtina edib.

Səhiyyə Nazirliyi tərəfindən açıqlanan 31 iyul - 6 avqust xəstəlik xəritəsində Samsunda xəstəliyə yoluxanların sayının çoxaldığı bildirilib. Məhz 26 yaşlı qızın ölümü də kədərli hadisələrdən biri kimi qiymətləndirilib.

Qızın virusa ana və atası ilə birlikdə getdiyi yas məclisində yoluxması ehtimal olunur. Məclisdən gələndən sonra vəziyyəti pisləşən Laləni dərhal ​​Bafra Dövlət Xəstəxanasına yerləşdiriblər. Burada reanimasiya şöbəsində müalicə alan qızın, müdaxilələrə baxmayaraq, həyatını xilas edə bilməyiblər.

Həyatını itirən gənc Lalə Bafra Altınay Məhəlləsindəki məzarlıqda dəfn edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5160
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar