Ovucunda  planlaşdırdığı işlərin siyahısını   döymə etdirdi
30 iyul 2023 18:48 (UTC +04:00)

Ovucunda planlaşdırdığı işlərin siyahısını döymə etdirdi

Böyük Britaniyanın paytaxtı Londonda turist Robert Armada döymə ustası Lyuka Eşlidən onun ovucunda görüləcək işlər siyahısına döymə etməyi xahiş edib.

Lent.az-ın xarici mediaya itinadla məlumatına görə, usta müvafiq videonu “Instagram” səhifəsində yerləşdirib.

“Robert üçün görüləcək işlərin siyahısı. Ovuclarda praktiki döymələr. Bunu hərəkətdə görmək üçün səbirsizlənirəm”, - tatu ustası yazıb.

Öz növbəsində müştərisi ustaya təşəkkür edib və yeni səfərini siyahıya əlavə edəcəyinə söz verib.

“Bir daha sağ ol, dostum! Hər şey yaxşılaşan kimi siyahıya səfər üçün Böyük Britaniyaya qayıtmağı da əlavə edəcəyəm", - Armada yazıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Oxşar yazılar