Elm adamları bu günlərdə 8 kilometrdən çox dərinlikdə üzən balığı lentə alaraq, ən dərində yaşayan balıqlar barədə yeni rekorda imza atıblar.
Lent.az xəbər verir ki, Yaponiya sahillərində, İzu-Oqasavara çökəkliyinin yaxınlığında 8336 metr dərinlikdə üzən Pseudoliparis cinsinin naməlum növü alimlər tərəfindən indiyə qədər görülmüş, okeanın ən dərinliyində yaşayan balıq növüdür.
Qeyd edək ki, indiyədək kameraya düşən ən dərin balıq rekordu 2014-cü ildə Mariana çökəkliyində təxminən 8200 metr dərinlikdə aşkar edilən Mariana ilbiz balığı növünə (Pseudoliparis swirei) məxsusdur.