Niyə hər gün qəhvə içmək  lazımdır?
30 oktyabr 2025 17:43 (UTC +04:00)

Niyə hər gün qəhvə içmək lazımdır?

0

Tədqiqatçılar müəyyən ediblər ki, gündəlik kofeinli qəhvə və çay qəbulu 2-ci tip diabet, ürəyin işemik xəstəliyi, insult və digər kardiometabolik xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Lent.az xəbər verir ki, ürək-damar sağlamlığını qorumaq üçün optimal miqdar gündə iki-üç fincan qəhvə və ya çaydır. 12 il davam edən eksperiment zamanı alimlər Britaniya biobankından 188 min nəfərin sağlamlıq vəziyyətini izləyib. Gündə 200-300 mq kofein qəbul edənlərin bu təxminən iki-üç fincan içkiyə bərabərdir kardiometabolik xəstəliklərə tutulma riski, gündə 100 milliqramdan az kofein qəbul edənlərlə müqayisədə daha aşağı olub. Maraqlıdır ki, qəhvə içənlərdə risk 50 faiz azalıb, çay içənlərdə və hər iki içkini birləşdirənlərdə isə bu göstərici 40 faiz olub.

Kardioloq Adedapo İluyomade izah edir: "Hər iki içki antioksidantlar və digər birləşmələr ehtiva edir; onlar hüceyrələri zədələrdən qoruyur, orqanizmin şəkəri daha yaxşı emal etməsinə kömək edir, iltihabı azaldır və damarların sağlamlığını dəstəkləyir".

Onun sözlərinə görə, qəhvə qandakı şəkərin tənzimlənməsinə daha güclü təsir edir, çay isə, xüsusən yaşıl çay, damar funksiyalarını yaxşılaşdırır və arterial təzyiqi aşağı salır.

Lakin ekspert vurğulayıb ki, kofeinli bütün içkilər bərabər faydalı deyil: "Təbii kofein mənbələri qəhvə və çay enerji içkiləri kimi emal olunmuş içkilərlə eyni deyil".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar