İtaliyada məktəbli yeni səma cismi tapıb.
Lent.az-ın “La Stampa” qəzetinə istinadla məlumatına görə, 14 yaşlı şağird evlərinin yanındakı rəsədxanada gecələr zəmanı izləyib.
Bu günlərdə rəsədxanada tək işləyən uşaq 1480 işıq ili məsafədə yeni ulduz kəşf edib. O həm də müəyyən edib ki, ulduzun səthində temperatur 12 000 dərəcə Selsidir və parlaqlığı 2 gündən bir dəyişir.
ABŞ Astronomiya Assosiasiyası yeni tapıntını təsdq etsə də, yeniyetmənin ulduza öz adını verməsi xahişi qəbul edilməyib.