Maykl Ceksonun ən yaxın dostu  TANINMAZ HALDA  - FOTO
22 avqust 2022 19:07 (UTC +04:00)

Maykl Ceksonun ən yaxın dostu TANINMAZ HALDA - FOTO

Dünyaca məşhur müğənni Maykl Ceksonun ən yaxın dostu olaraq tanınan Bablz (Bubbles) adlı şimpanzenin həyatı tamamilə dəyişib. Mayklın ölümündən sonra 39 yaşlı şimpanze mənəvi cəhətdən çöküb desək, yanılmarıq.

Lent.az xarici mediaya istinadla Bablzın yaşadıqları və sənətçi ilə dostluqları barədə məlumatları təqdim edir. 

1983-cü il aprelin 30-da  Amerikanın Teksas şəhərində biyomedikal laboratoriyada göz açan, anasından ayrılan və bir heyvan baxıcısının “popun kralı” Maykl Ceksona satdığı Bablz adlı şimpanzenin son görünüşü çoxlarını təəccübləndirib.

Həyatdakı tək dostu – Maykl öləndən sonra tamamilə dəyişib. O, uzun illər sənətçi ilə birlikdə yaşayıb və hər yerə bərabər gediblər. Ən azından Cekson kimi rahat həyat yaşayan bu meymun dünyanı şəxsi təyyarələrlə gəzib, kamera qarşısına keçib və tanınmış stilistlər tərəfindən geyindirilib. Hətta özünün meneceri belə olub. Bablzın şəxsi mühafizələrinin olmasını iddia edənlər də var. 

Kinoya gedən, tualet kağızından istifadə edən, yemək masasında Mayklla bərabər yemək yeyən və onunla eyni otağı paylaşan Bablz bu gün hələ də “dünyanın ən şanslı meymunu” olaraq tanınır.

Kaliforniyada yaşayan Bablza baxıcılıq edən Bub Dunn açıqlamasında “Bablz yetkin və vəhşi bir şimpanzedir. Çöldə oynamasına icazə vermirik”, - deyib. Şimpanzenin Maykl Ceksonun 2003-cü ildə uşaq təcavüzündə ittiham olunmasından sonra böyük bir boşluğa düşdüyü bildirilir. Hətta onun intihar etməyə çalışdığı barədə də xəbərlər yayılmışdı. Bablzın həyatını tibb işçiləri xilas edib və bunun haqqında heç kim açıqlama verməyib.
 
İddialara əsasən, Bablzın qatıldığı televiziya verilişlərində və bir sıra filmlərdə danışsın deyə külli miqdarda pul xərclənib.  

Bundan sonra, Bablzın yerinə başqa şimpanzelər gətirilib və o, 2004-cü ildə Floridadakı “Böyük Meymunlar Mərkəzi” heyvan sığınacağına köçürülüb. Bablz orada uzun illər yaşayıb. Hazırda onun 39 yaşı var və cinsinə görə olduqca yaşlı hesab olunur. 

Parlaq və əyləncəli, kameralar qarşısındakı ehtişamlı həyatı geridə qoyan Bablz hüzurlu yaşasa da, görünüşü heç də ürəkaçan deyil. Rəsm çəkməyi və flütdə ifa etməyi bacaran şimpanzeyə sığınacaq işçiləri “nəhəng və çirkin” deyirlər. İndi “təqaüdçü” şempanzenin Upsi, Ripli, Cessi və Boma adlı meymun dostları onu sıxılmağa qoymur. 


 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2586
avatar

Nigar Namiq

Oxşar yazılar