Biləsuvarda qətl hadisəsi olub.
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Nərimankənd kəndində baş verib
Kənd sakini 26 yaşlı Milan Loğman oğlu Soltanlı bıçaqlanıb. O, hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən qohumu, 22 yaşlı İlkin Mehtiyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.