Türkiyənin Ərdaha vilayətində şaxtalı hava hökm sürür.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, burada temperatur hətta mənfi 18.5 dərəcəyədək düşüb. Şaxtalı hava şəhərdə həyatı demək olar ki, iflic edib.
Havanın soyuqluğundan avtomobilləri işə salmaq da artıq mümkün olmur.
Avtomobilinin yanacaq çəni donan şəhər sakini Ənvər Arabul təhlükəli üsula əl atıb. Belə ki, o, yanacaq çəninin altında ocaq qalayaraq, donu açmağa çalışıb.
Onun sözlərinə görə, avtomobil 3 gündür ki, işə düşmür.