Lotereyada 244 milyon dollar uddu:  Ailəsindən gizlənir
04 noyabr 2022 19:56 (UTC +04:00)

Lotereyada 244 milyon dollar uddu: Ailəsindən gizlənir

Lotereyada 219 milyon yuan (244 185 000 dollar) qazanan çinli canavar kimi geyinərək mükafat almağa gəlib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, özünü cənab Li adlandıran qalib bunu ailəsindən gizlənmək üçün etdiyini etiraf edib.

Çeki alan milyonçu deyib: "Mən həyat yoldaşıma və övladlarıma qələbə haqqında danışmayacam, çünki o zaman onlar gələcəkdə çox işləmək istəməzlər". 

Çinli pulun bir hissəsini artıq xeyriyyə işlərinə xərcləyib, qalanı ilə nə edəcəyinə hələ qərar verməyib.

Cənab Li bir neçə il dalbadal lotereya oynasa da, ilk dəfə bəxti gətirib. O, pulu götürməyə tələsib və çeki itirməmək üçün oteldən belə çıxmayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766
avatar

Oxşar yazılar