"Leyli və Məcnun"un ölüm səbəbləri elmi təsdiqini tapdı - Qırıq qəlb sındromu
24 dekabr 2022 11:26 (UTC +04:00)

"Leyli və Məcnun"un ölüm səbəbləri elmi təsdiqini tapdı - Qırıq qəlb sındromu

Bəziləri “dərdindən ölürəm” deyərkən bu sadəcə fizioloji ifadə olmaya bilər, sözün həqiqi mənasında sevgi dərdi insanı öldürür. “Leyli və Məcnun” dastanında bir-birilərinin həsrətindən ölən aşiqlərin əslində qırıq qəlb sindromundan ölə biləcəyi ehtimalı təsdiqlənib.

Lent.az sevgi xəstəliyi barədə maraqlı elmi məlumatı diqqətinizə çatdırır.

1990-cı ildə yaponiyalı həkim Hiraru Sato ağır ürək çatışmazlığından əziyyət çəkən bir çox pasientlərinin yaralı sevgiyə görə Takotsubo sindromundan əziyyət çəkdiyini bildirdi və bu xəstəlik tibbə elə bu adla da düşdü.
Hər nə qədər romantik və lirik görünsə də, əslində qırıq qəlb sindromu zamanla sağalmır, əksinə zaman keçdikcə ağırlaşır, ölümə belə səbəb olur.

“Sevgi acısı yaşayan insanlarda ürək kiçilir və divarları nazilir. Buna səbəb orqanizmin həddən artıq adrenalin ifraz etməsidir. Adrenalin bir müddət sonra ürəyi yorur, ürək əzələləri yorğun düşüb, yumşalır”

Bu fikirləri türkiyəli kardioloq Ahmet Akgül səsləndirib.

"Ümumiyyətlə, uzun müddət davam edən stress, ayrılıq, göz yaşları qırıq qəlb sindromu ilə yanaşı onkoloji xəstəliklərə də aparıb çıxara bilər. Ona görə hər duyğunu həddini aşmadan yaşamaq lazımdır", - deyə həkim bildirib.

İnfarkta oxşayan qırıq qəlb sindromunun fərqli və daha pis cəhəti budur ki, infarkt zamanı ürək damarlarına cərrahi müdaxilə edib sağaltmaq mümkün olsa da, qırıq qəlb sindromunda bu mümkünsüzdür. Xəstə kardioloqla yanaşı psixiatrdan da kömək almalıdır. Lakin zədələnmiş ürək bərpa olunmur, ürək damarları iflic olur, kronar spazmlar yaşanır və bu xəstəni öldürür.

Ona görə sevərkən iki dəfə düşünün!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2355
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar