Leonardo Da Vinçi
08 iyul 2021 19:54 (UTC +04:00)

Leonardo Da Vinçi

Leonardo Da Vinçinin yaşayan 14 qohumu tapıldı

Tədqiqatçılar, italiyalı sənətçi Leonardo Da Vinçinin yaşayan 14 kişi qohumunu tapdıqlarını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, 1452-1519-ci illər arasında yaşamış və İntibah dövrünə iz qoymuş italyalı rəssam Leonardo Da Vinçi, əsərləri ilə bütün zamanların ən böyük sənətkarlarından biri kimi tanınır. Rəssamlıqla yanaşı, memarlıq, mühəndislik və elmlə məşğul olan Da Vinçinin nəslini araşdırmaq olduqca çətindir. Çünki onun, sadəcə atası Ser Piero Da Vinçi haqqında məlumatlar var.

Tarixçilər Alessandro Vezzosi və Agnese Saboto 10 ildən çoxdur Da Vinçinin nəslini araşdırmaqla məşğuldurlar.

Tədqiqat qrupu Da Vinçinin atası və 22 ögey qardaşından biri olan Domeniko haqqında araşdırma aparıblar. Əldə olunan məlumatlara görə, Da Vinçinin 1 ilə 85 yaş arası sağ qalan 14 kişi qohumunun olduğu üzə çıxıb. Vezzosi, atadan oğula ötürülən Y xromosomunu izlədiklərini və əsrlər boyu demək olar ki, heç dəyişmədiyi qənaətinə gəldiklərini bildirib. Məlumata görə, Da Vinçinin qohumları da sənətkarlıqla məşğuldurlar.

Tədqiqat qrupunun əldə etdiyi nəticəyə görə, Da Vinçinin nəsili 1331-ci ildə anadan olan babası Mişel ilə başlayıb 690 il ərzində davam edən böyük ailə daxildir.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3753
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar