Rene Lacost
31 avqust 2022 14:08 (UTC +04:00)

Rene Lacost

"Lacoste" brendi necə "TİMSAH"A çevrildi? - MARAQLI FAKT

1920-ci illərdə dövrünün ən yaxşı tennisçilərindən biri olan fransız əsilli Rene Lacoste həmin dövrdə tennisçilər üçün dizayn olunmuş geyimdən heç məmnun deyildi. 

Lent.az tarixi mənbələrə istinadən xəbər verir ki, tennisçilər oyun zamanı rəsmi şalvar, köynək geyimində idilər ki, bu da bir idman növü üçün rahat deyildi. 

Bu səbəblə o, tennis zamanı daha rahat olan "Lacoste polo" yaxalı köynəkləri dizayn etdi. Rahat olmasının səbəbi də Renenin yumşaq yun parça istifadə etməyi oldu. Bunun sayəsində parça hava keçirir və tərləməni azaldırdı. 1923-cü ildə Davis kuboku zamanı Rene komanda məşqçisi ilə iddiaya girmiş, qazanacaqları təqdirdə məşqçi ona timsah dərisindən çanta hədiyyə edəcəyini demişdi. Amma Rene bu iddianı uduzdu və bundan sonra amerikalı bir jurnalist ona “timsah” ləqəbini verdi. 

1927-ci ildə illustrator Robert George bu gün bildiyimiz timsah loqosunu Lacoste üçün dizayn etdi. Hansı ki, bundan sonra digər markalar da köynəklərin (t-shirt) üzərində marka loqosunu yerləşdirməyə başladı. Renenin uğuru tək bununla kifayətlənmədi. Belə ki, o, 1925-1929-cu illər arasında tennis üzrə 5 dəfə Fransa çempionu, 2 dəfə "Wimbledon" çempionu, 2 dəfə də ABŞ çempionu oldu. 

1933-cü ildə o, öz soyadını daşıyan geyim markasını yaratdı və ilk reklam kampaniyası ilə moda dünyasına güclü bir giriş etdi. Əvvəllər tennis səbəbilə yalnız ağ köynəklər istehsal edilsə də, 1951-ci ildən etibarən "Lacoste" markası rəngli köynəklərin də istehsalına başladı. Hazırda "Lacoste" markası köynəkdən əlavə, saat, ayaqqabı, ətir və bir çox geyim növləri də istehsal edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3285
avatar

Fidan İlqar

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09