Krallar  nə yeyirlər?   III Çarlzın gündəlik qidası...
05 may 2023 14:46 (UTC +04:00)

Krallar nə yeyirlər? III Çarlzın gündəlik qidası...

Krallar gündəlik nə yeyirlər? Filmlərdə gördüyümüz möhtəşəm ziyafət süfrələri saraylarda hər gün açılır? Bu sual yəqin çoxlarını düşündürüb.

Lent.az xarici mediaya istinadən Britaniya kralının gündəlik qida rasionu barədə məlumat verir.

İyunun 6-da III Çarlzın tacqoyma mərasimi olacaq. 74 yaşına baxmayaraq, çox qıvraq görünən III Çarlz əsasən meyvə və tərəvəz yeməyə üstünlük verir.

Onun süfrəsinə gələn meyvə-tərəvəz monarxiyaya məxsus Qayqrouv bağlarında xüsusi yetişdirilir. Bu bağda yetişən alma, gavalı xüsusilə məşhurdur. Qışda da meyvə yeyə bilmək üçün işçilər onları qış üçün konservləşdirirlər.

Səhərlər III Çarlzın süfrəsində düz 4 dəqiqə qaynadılmış soyutma yumurta, 6 növ bal və isti çörək olmalıdır.

Kral günorta nahar eləmir. Gündüzlər meyvə salatı və günəbaxan tumu yeməyi sevir. Axşamlar isə daha rahat həzm olunan qidalara üstünlük verir. Məsələn, süddə bişmiş yulaf əzməsi və meyvəli yoqurt onun sevdiyi şam yeməklərindəndir.

Hamımızın gördüyümüz o möhtəşəm ziyafət süfrələrinə oturmazdan öncə kral ailəsi pəhriz saxlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar