Köpəyə bənzəyən üzü və uçmaq qabiliyyəti ilə seçilən nadir yarasa növü sosial şəbəkələrdə yenidən böyük maraq doğurub.
Lent.az xəbər verir ki, bu barədə Indian Express məlumat yayıb.
“İtüzlü yarasa” kimi tanınan bu canlı digər yarasalardan fərqli görünüşü ilə seçilir. O, sürətli uçuş qabiliyyətinə malikdir və əsasən həşəratlarla qidalanır.
Onun üz quruluşu xüsusilə diqqət çəkir. Buna görə də canlı sosial mediada “uçan it” və “yarasa-it” kimi ləqəblərlə paylaşılır.