Avstraliyada dostları ilə balıq tutan 65 yaşlı Kevin Darmody birdən birə yoxa çıxıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət ondan heç kim xəbər tutmayıb.
Dostları hər yeri axtararkən Darmodinin qalıqlarını timsahın şübhəli bilinən mədəsində tapılıb. Duzlu su timsahlarının çox olduğu Kvinslendə balıq ovuna çıxan Darmodi sonuncu dəfə ötən şənbə günü görülüb. Darmodinin yoxa çıxmasından sonra başlayan axtarışlar zamanı polis iki böyük timsahı vuraraq öldürüb.
Timsahlardan birinin mədəsində bədən hissələrinin Darmodiyə aid olduğu müəyyən edilib. Darmodinin ölümü ölkədə son 37 ildə timsahların törətdiyi 13-cü hadisə olaraq qeydə alınıb.