İndoneziyada fəaliyyətdə olan Kava İjen vulkanı püskürərkən mavi rəngə çalan alov yaranır.
Lent.az-ın xəbərinə görə, məhz bu səbəbdən püskürməni hər dəfə minlərlə insan izləyir. Nəhayət, belə spesifik rəngin səbəbi tapılıb. Məlum olub ki, kraterdən təzyiqlə çıxan kükürd tərkibli qazlar hava ilə təmas edərək alovlanır. Nəticədə belə bir gözəl mənzərə yaranır.