Liverpul Universitetinin alimləri İraq ərazisində yaşayan ilk insanların qeyri-adi pəhriz növünü müəyyən edib.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Şimali İraqda arxeoloqlar Şanidar mağarasında qədim insanların qidalanma rejimini ətraflı öyrənmək üçün qazıntılar aparıblar.
Belə ki, onlar müxtəlif yemək qalıqları aşkar ediblər. Tapıntılar iki yaşayış dövrünə aiddir: 70 min və 40 min il əvvəl..
Mütəxəssislər öyrəniblər ki, neandertallar qoz-fındıq, noxud, lobya və mərciməklərlə qarışdırılmış müxtəlif otlar və ya tarla xardalından ibarət yeməklər hazırlamaqla məşğul olublar.
Bildirilir ki, onlar xoş bir dad üçün paxlalıları islatmağa və sonra qabığını ayırmaq üçün daşlarla üyütməyə üstünlük veriblər. Əvvəllər düşünülürdü ki, o dövrün qədim insanları belə mürəkkəb proseslərlə məşğul olmur. Əsasən hazırlamaq daha asan olan qidalardan istifadə edirlər. Amma tədqiqatçılar bunun əksini sübut ediblər.
Onları əsasən qədim insanlar üçün ətin nə qədər vacib olduğu maraqlandırırdı. Amma ilk insanların yaşadıqları bölgədən asılı olaraq qida rasionlarının dəyişdiyi məlum olub.