İki əzəli düşmənin qadağan olunmuş sevgisi:  Qurd və kanqal iti cütləşdi  və...
13 yanvar 2026 18:09 (UTC +04:00)

İki əzəli düşmənin qadağan olunmuş sevgisi: Qurd və kanqal iti cütləşdi və...

0

Canavarlar və kanqal itlərinin cütləşməsi nəticəsində ortaya çıxan cinsin şəkilləri sosial mediada trend mövzusuna çevrilib. Qorxaq davranışı ilə diqqət çəkən heyvan maraq doğurub və bəzi vətəndaşların onu görmək üçün əraziyə getdikləri öyrənilib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, sosial mediada paylaşılan bir video tezliklə viral hala gəlib. Bir canavar və kanqal itinin cütləşməsinin nəticəsi olduğu deyilən bu növ görənləri heyrətləndirib.

Yasak aşk yaşayan iki ezeli düşman! Kurt ile kangal çiftleşti, ortaya acayip bir tür çıktı

Görüntülərdə həm fiziki quruluşu, həm də davranışı ilə diqqət çəkən heyvan olduqca qorxaq görünüb. Ətrafına qarşı ehtiyatlı davranış nümayiş etdirən növ, ərazidə maraqlı baxışların mərkəzinə çevrilib. 

Görüntülərin yayılmasından sonra bəzi vətəndaşların heyvanı görmək üçün əraziyə gəldiyi öyrənilib. Sosial mediada minlərlə dəfə paylaşılan video, onun "hibrid növ" olub-olmadığı ilə bağlı müzakirələrə də səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar