Türkiyənin Van bölgəsinin Bahçesaray kəndində yaşayan 110 yaşlı Hazal nənə ömrü boyu bir dəfə maşına minərək xəstəxanaya gedib.
Lent.az xəbər verir ki, 6 uşağı, 80 nəvəsi olan nənə yalnız göz əməliyyatına görə xəstəxanada olub. Bundan başqa, o, heç vaxt avtomobilə minməyib.
Hətta əməliyyata belə üç təkərli velosipedlə gedib. Koronavirusa yoluxan Hazal nənə xəstəxanaya getməkdənsə, evində dərman qəbul etmədən müalicə alaraq sağalıb. Onun oğlunun sözlərinə görə, anası süd məhsullarına üstünlük verir, qida rasionuna çox diqqət yetirir. Ət isə yemir.
Hazal nənə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı sevdiyini söyləyib.