Məşhur aktyor Kenan İmirzalıoğlunun aparıcılıq etdiyi “Kim Milyoner Olmak İster” proqramının dünən yayımlanan buraxılışında maraqlı anlar yaşanıb.
Lent.az xəbər verir ki, hamilə yarışmaçı Burçin Kaya Hüseyinoğlunun söylədikləri həm tamaşaçıları, həm də aparıcını güldürüb.
Qadın deyib ki, bu gün verilişə tək gəlməyib. Onun “doqquzuncu ayıma az qalıb. Adını nə qoyacağımızı bilirik. Burada doğsam, adını Mert Kenan qoyacağıq”, - deyib zarafat etməsi aparıcıda gülüş doğurub.
Qeyd edək ki, uğurla yarışan hamilə hədəflədiyi 30 min türk lirəsini alaraq proqramı tərk edib.