Böyük Britaniyanın Birminqem şəhərində həkimlər xəstənin ayağını amputasiya edib, onu yenidən ön tərəfə bağlayaraq həyatını xilas ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o zaman 14 yaşında olan İbrahim Əbdülrauf futbol oyunnda şiddətli hücumdan sonra zədələnib.
Ertəsi gün dözülməz ağrı ilə oyanan gənc xəstəxanaya yerləşdirilib. Xəstəxanada həkimlər əvvəlcə onun kistası olduğunu irəli sürüblər. Altı həftə xəstəxanada qaldıqdan sonra Abdulraufda sümük xərçəngi diaqnozu qoyulub.
Mütəxəssislər xəstəyə nadir əməliyyat - fırlanma plastik cərrahiyyə təklif ediblər, bu zaman ayağın orta hissəsi çıxarılır, aşağı hissəsi isə arxaya doğru tikilir. Bu əməliyyat olmasaydı, xərçəng yayıla bilərdi. Yeniyetmə əməliyyata razılıq verib.
“Ön tərəfə tikilmiş bir ayağımla necə görünəcəyimi təsəvvür edə bilməzdim. Frankenşteynin canavarı kimi olacağımı düşünürdüm. Əməliyyatdan sonra örtüyü qaldırdım və gördüklərimə inana bilmədim", - o bildirib.
Əməliyyatdan sonra sağalma üç il çəkib. Abdulrauf hər gün idman etməli və intensiv fiziki müalicə kursu keçməli idi. İndi onun 22 yaşı var, yenidən yerimək imkanı olduğu üçün həkimlərə minnətdarlıq edir.