Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin və Luisvil Universitetinin alimləri gecələr pis yuxunun səbəblərini müəyyən ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar xroniki yuxu çatışmazlığını havanın çirklənməsi və kənar səs-küy ilə əlaqələndirir.
Müəlliflər fəaliyyət monitorları və yuxu qeydlərindən istifadə edərək iki həftə ərzində izlənilən 62 iştirakçının məlumatlarını təhlil ediblər. Yuxu səmərəliliyi zəif olan şəxslərin yataq otaqlarında daha yüksək hava çirkliliyi (hissəciklər, PM2.5), karbon dioksid, səs-küy və yüksək temperatur müşahidə olunub.
Təhlil göstərib ki, yüksək səs-küy səviyyələri aşağı səs-küy səviyyələri ilə müqayisədə yuxu səmərəliliyinin 4,7 faiz azalması, yüksək karbon dioksid dəyərləri yuxunu 4 faizazaltması ilə əlaqəlidir. Eyni zamanda, nisbi rütubətin və barometrik təzyiqin subyektlər arasında yuxu səmərəliliyinə açıq-aşkar təsir göstərmədiyi görünüb.
Alimlər indi hesab edirlər ki, xarici amillərə məruz qalmağı azaltmaqla yuxunun səmərəliliyini artıra biləcək müdaxilələr üzərində daha çox araşdırmaya ehtiyac var.