Məşhur əfsanəvi ingiltərəli futbolçu Pol Qaskoynun qızı Byanka “Instagram”da yeni şəkillərini yayımlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, yeni bir obrazda gözəl özünü Afrodita ilə müqayisə edir.
Sarışın gözəl ağ bir çimərlik geyimində Yunan mifologiyasından gözəllik və sevgi tanrıçasına bənzədiyini hesab edir. Qızın seçimi ilə mübahisə etmək çətindir!
Xatırladaq ki, Byanka Qaskoynun keçmiş dostu Şeril ilə cəmi 3 il davam edən evlilyi zamanı övladlığa götürülmüş qızıdır. Buna baxmayaraq, qız keçmiş futbolçunun soyadını götürüb və hətta alkoqolla mübarizədə ona kömək etməyə çalışıb.
Ancaq sonra bütün ölkəyə car çəkib ki, Qaskoyn anasını dəfələrlə döyüb. Pol da buna cavab olaraq ondan qızı olaraq imtina edib.