Bu alman qızı minlərlə internet istifadəçisini valeh edib. “Dayan! Polis!” - Adrienna Koleszar ilə ünsiyyətdə olanların hamısı bu sözləri eşitmək istərdi.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Adrienna dünyanın ən cazibədar qadın polislərindən biri hesab olunur. O, gözəl, güclü və iddialıdır. Təəccüblü deyil ki, artıq yarım milyon insan onu “Instagram”da izləyir.
O, məşqlərə 17 yaşında başlayıb. İlk vaxtlarda öz yaşındakı qızların tipik problemlərindən xilas olmaq istəyib. Qız əlavə santimetrlərdən qurtularaq omba və ayaqlarını məşq etdirib. Hər yeni gələn kimi o da çoxlu səhvlərə yol verib. Adrienna hər gün bədəninə məşqlərlə işgəncə verib, pəhriz saxlamayıb və sözün əsl mənasında hər şeyi yeyib. Lakin sonra o, yanaşmasını dəyişib və əla nəticələr əldə edib.
Əsasən, polis qadın çimərlik paltarında və idman geyimində görünür, “Instagram” izləyicilərini (onların sayı 540 mindən çoxdur) həyat tərzini dəyişməyə və idmanla məşğul olmağa təşviq edir. Drezdendə hər gün polis komissarı işləyən qız fitnes və sağlam qidalanma ilə bağlı məsləhətlər verir. Onun bədəni sadəcə heyrətamizdir!
Koleszar həyatında ən vacib şeyin sağlamlıq və iş arasında tarazlıq olduğunu vurğulayır.
“Polis olmaq təkcə uniforma geyinmək və polis maşını sürməkdən ibarət deyil. Bu iş hər bir qərar üçün məsuliyyət tələb edir. Mənim üçün ən vacib şey başqalarına kömək etməkdir. Nə olursa-olsun,” o, “Instagram” profilində yazır.
Qadın “Almaniyanın ən gözəl polis qadını” seçildikdən az sonra onun “Instagram”da izləyiciləri sürətlə artmağa başlayıb. Görünür, bu, onu karyerasını dəyişməyə sövq edib. Heç olmasa bir müddət.
Koleszar hazırda altı aylıq məzuniyyətdədir və bu məzuniyyətdən beynəlxalq modellik karyerasını davam etdirmək üçün istifadə etmək istəyir.
Adrienna istər formada, istərsə də axşam paltarında fotolar çəkdirsə də, heyrətamiz görünür. Qoy kimsə cəsarət edib desin ki, polis peşəsi qadınlar üçün deyil!