Dünyanın ən uzun boylu qadını Rümeysa Gelgi
13 oktyabr 2021 16:33 (UTC +04:00)

Dünyanın ən uzun boylu qadını Rümeysa Gelgi

Dünyanın ən uzun boylu qadını: Ginnesin rekordlar kitabına düşdü

Dünyanın ən uzun boylu qadını Karabükdə yaşayan Rümeysa Gelgi Ginnesin rekordlar kitabına düşüb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki,  Karabükün Safranbolu rayonunda yaşayan Rümeysa Gelgi 2 metr 15 santimetr boyu ilə dünyanın ən uzun qadını olaraq Ginnesin rekordlar kitabında yer alıb.

2014-cü ildə edilən ölçü ilə dünyanın ən uzun gənc qadını adını alan Rümeysa Gelgi, 2021-ci ilin mayında edilən ölçülərdən sonra qeydiyyat şəhadətnaməsini alaraq dünyanın ən uzun qadını olduğu təsdiqlənib. “Weaver” sindromu səbəbilə həddindən artıq uzun boylu olan Gelgi, gündəlik həyatının çox hissəsini təkərli arabada keçirir və onun köməyi ilə hərəkət edə bilir.

Qeydiyyat sənədinin təhvil verilməsi zamanı danışan Gelgi, boyunun küçədə yoldan keçənlərin diqqətini çəkdiyini və insanların çoxunun ilk görüşündə onunla mehriban və dəstəkləyici davrandığını söyləyib.

"Hər bir dezavantaj sizin üçün bir üstünlük halına gələ bilər. Buna görə özünüzü olduğu kimi qəbul edin, potensialınızın fərqində olun və əlinizdən gələni edin".

Boş vaxtlarında ailəsi ilə birlikdə çölə çıxmağı və yemək yeməyi sevdiyini dilə gətirən Gelgi, üzgüçülüyün rahatlamasına köməkçi olduğunu bildirib.

Dünyanın ən uzun boylu qadını Rümeysa Gelgi

Dünyanın ən uzun boylu qadını Rümeysa Gelgi
 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2356

Oxşar yazılar