Dönər-kababın tarixi ilə bağlı MARAQLI FAKTLAR
18 avqust 2021 19:58 (UTC +04:00)

Dönər-kababın tarixi ilə bağlı MARAQLI FAKTLAR

Anadoluda dönər-kabab haqqında ilk məlumat 1750-ci illərə təsadüf edir.

Lent.az TRT-yə istinadən bildirir ki, mənşəyi Orta Asiya olaraq tanınmış dönər- kababın 18-ci əsrdə Osmanlı dövründə səyahət kitablarında yer almağa başladığı görülür.
Quzu qızartmaqdan ilham alınaraq bu günkü hala gətirilən  dönər-kababın döyüş meydanındakı əsgərlərin çiy əti qılınclarına sancıb odun üstündə çevirdikləri, bişmiş hissəsini bıçaqla kəsmələrindən ortaya çıxdığı deyilir. Başqa bir qaynaqda 1850-ci ildə İskəndər bəy tərəfindən Bursada Türk mətbəxinə gətirildiyi iddia edilir və Bursa dönər-kababın ortaya çıxdığı yer kimi qəbul edilir. İskəndər bəy uşaq yaşında atasının restoranında bişmiş quzuları şaquli şişə keçirtməyi təcrübə edib. Şaquli kabab bişirilməsində uğurlu olunub və illər sonra dönər-kabab kimi tanınıb.
Dönər-kababın dünya miqyasında "fast food" olaraq sendviç şəklində satışı 20-ci əsrin sonlarında başlamışdır. Bu gün dünyanın bir çox ölkəsində çox populyar və üstünlük verilən bir yeməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3117
avatar

Oxşar yazılar