Yay aylarında bir çox insanın sevimli deserti olan dondurma bəzi hallarda sağlamlığınıza təhlükə yarada bilər.
Lent.az 5 təhlükəli inqrediyenti sizə təqdim edir:
1. Titan dioksid (Titanium Dioxide, E171)
Bu maddə dondurmaya ağ rəng vermək üçün istifadə olunur. Araşdırmalar göstərib ki, E171-in nano hissəcikləri orqanizmdə toplanaraq DNT-yə zərər verə bilər. Avropa İttifaqında bu maddənin qida məhsullarında istifadəsi qadağandır.
2. Qırmızı rəngli boyaq Red No. 3 (Erythrosine)
Bu sintetik rəngverici dondurmaya parlaq rəng vermək üçün əlavə olunur. 1990-cı ildə ABŞ-da (FDA) bu maddənin kosmetik vasitələrdə istifadəsi kanserogen (xərçəng törədici) xüsusiyyətlərinə görə qadağan edilib, lakin bəzi ölkələrdə hələ də qida məhsullarında istifadəsinə icazə verilir.
3. Polisorb 80 (Polysorbate 80)
Bu emulqator, dondurmanın homojen (bərabər) teksturasını qorumaq üçün istifadə olunur. Heyvanlar üzərində aparılmış tədqiqatlar bağırsaq iltihabı və mikrobiomanın pozulması ilə əlaqəsini göstərmişdir.
4. Karraginan (Carrageenan, E407)
Bu qalınlaşdırıcı maddə qırmızı yosunlardan əldə edilir. Bəzi araşdırmalar, bağırsaqda iltihab və yara əmələ gəlməsi riskinin artması ilə əlaqələndirilir.
5. Yağ turşularının mono- və diqliseridləri (E471)
Bu emulqatorlar, dondurmanın teksturasını yaxşılaşdırmaq üçün əlavə olunur. Rəsmi olaraq təhlükəsiz sayılmalarına baxmayaraq, bəzi tədqiqatlar bəzi xərçəng növlərinin inkişafı ilə əlaqəli ola biləcəyini irəli sürür.
Dondurma alarkən onun tərkibini diqqətlə oxumağınız tövsiyə olunur. Əgər bu əlavələrdən biri və ya bir neçəsi siyahıda varsa, daha təbii və təhlükəsiz alternativlərə üstünlük verin.