Nikola Kavanis, “Instagram”da gözəl və heyrətamiz fotolar yerləşdirməklə tanınan alman modeli və sosial media təmsilçisidir. Bu gözəl həm də "Euro", "Lousia" və "Uniko Models", "Major Models Mila", "Stockholms", "Gruppen", "Talents Models Munich" və digər brendlərdə model kimi çalışır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Nikola Kavanis 1998-ci il dekabrın 17-də Almaniyada anadan olub. Məktəb və tələbəlik illərindən gözəl sosial şəbəkələrdə model olmaq və məşhur olmaq arzusunda olub. Məktəbi bitirdikdən sonra modelliklə məşğul olmağa başlayıb və 2012-ci ilin noyabrında ilk şəklini "Instagram"da yayımlayıb.
Nikolanın "Instagram" hesabının minlərlə izləyicisi olduğu üçün sosial mediada nüfuz sahibidir. O, müntəzəm olaraq modellik fotosessiyalarından və selfilərindən müxtəlif şəkilləri orada yerləşdirir, həmçinin videolar yükləyir. Nikola bu platformalarda o qədər məşhurdur ki, onun bu mənbələrdən xeyli pul qazandığını söyləmək olar.
Nicola formada qalmaq üçün hər gün idman ilə məşğul olur. O, həmçinin “YouTube”da pərəstişkarlarına və izləyicilərinə bədənini qorumaq və aktiv qalmağı öyrətdiyi bir neçə məşq videosu yayımlayıb. Qız yalnız idmanla məşğul olmur, həm də gəncliyini qorumaq üçün yaxşı qidalanmağa riayət edir.