Britaniyada nadir xəstəliyə tutulmuş qadının sol əlinin barmaqları amputasiya olunub.
Lent.az-ın xəbərinə görə, 11 gün komada olan qadın sağalıb və xəstəliyin bütün orqanlara yayılmasının qarşısı alınıb.
Əlini itirən gənc qadın hadisəyə yumorla yanaşır. O, sosial şəbəkədə paylaşdığı şəkillərdə iddia edir ki, sol qolu balinanın başına bənzəyir.