Bu ölkədə saatlar qəsdən səhv quraşdırılır - ŞOK SƏBƏB
03 iyun 2023 18:03 (UTC +04:00)

Bu ölkədə saatlar qəsdən səhv quraşdırılır - ŞOK SƏBƏB

Maltada turistləri çaş-baş salan bir nüans var.

Lent.az xəbər verir ki, ölkənin müxtəlif yerlərində olan kilsələrdə iki saat mövcuddur. Həmin saatlardan biri doğru, digəri isə yanlış işləyir. Onun yanlış işləməsi də qəsdən edilir.

Yerli sakinlər üçün bu elə də problem yaratmır. Çünki onlar hansı saatın doğru olduğunu bilirlər. Lakin turistlər və qonaqlar təbii ki, bu durumda çaş-baş qalırlar.

Saatın qəsdən səhv göstərilməsinin də bir səbəbi varmış. Yerli sakinlərin, həmçinin dindarların inancına görə, səhv saat şeytanı aldatmaq üçündür. Belə ki, kilsədə dini ayinlərin pozulmaması və şeytanın kilsəyə daxil olmaması üçün saatın əqrəbləri yanlış işləyir.

# 2754
avatar

Oxşar yazılar