2006-cı il dünya çempionatının finalında Zinəddin Zidan Marko Materatsi ilə mübahisə edib və qırmızı vərəqə aldığı üçün rəqibini başı ilə vurub.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hollandiyalı fotoqraf Piter Şols, ən qalmaqallı epizod anını çəkməyi bacaran tək adam idi.
İtaliya və Fransa kubok uğrunda mübarizədə qarşılaşıb. Artıq 7-ci dəqiqədə Zinəddin Zidan onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Ancaq 19-cu dəqiqədə italiyalılar Marko Materatsinin qolu ilə hesabı bərabərləşdiriblər.
Kim düşünə bilərdi ki, bu iki oyunçu özünü futbol meydanında elə açıq-aydın göstərəcək ki, onlar üçün bir abidə qoyulacaq.
109 -cu dəqiqədə Zidan başı ilə Materatsinin sinəsindən vurduğu üçün qırmızı vərəqə alıb.
Zidan davranışını belə izah edib: "Oyundan sonra cavabını verəcəyimi vəd edərək formamdan yapışmağı dayandırmasını xahiş etdim. Bundan sonra anamı və bacımı bir neçə dəfə təhqir etdi. Sözləri məni çox əsəbiləşdirdi və mən özümü saxlaya bilmədim”.
Materatsi uzun müddət susub. Hətta "Zidana həqiqətən dediklərim" adlı bir kitabını da nəşr etdirib və burada 250 fərqli ifadəni qeyd edib.
Ancaq Marko işini görüb, Fransa millisinin liderini təhrik edib. Zidansız qalan fransızlar penaltilərdə uduzub.