“Microsoft”un qurucusu Bill Qeyts seks alveri, insan qaçırma və cinsi təcavüz maddələri ilə həbs edilmiş Ceffrei Epstein ilə münasibətləri haqqında aylar sonra etiraflar edib.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, telekanallardan birində qonaq olan Qeytsdən Epstein ilə görüşlərindən peşman olub-olmadığı soruşulub.
O isə cavabında bu sözləri deyib:
"Bilirsiniz, mən onunla axşam yeməyi yedim və bunu etdiyimə görə peşmanam”.
Sağlamlıq sahəsində xeyriyyəçilik edən Qeyts baş tutan görüşlərin Epsteinin bu sahədə ona dəstək ola biləcəyi iddiasından sonra baş verdiyini deyib.
Qeyts Epsteinin söylədiklərinin həqiqəti əks etdirmədiyini anladıqdan sonra bu danışıqları kəsdiyini vurğulayıb. Verilişdə Qeytsdən Epstenin keçmişini öyrənəndə nə etdiyini də soruşublar. Qeyts peşman olduğunu təkrarlayıb və başqa bir şey olmadığını bildirib.
Bill Qeyts və Jeffrey Epstein
Qeytsin bu açıqlamaları sosial mediada gündəm olub.
Məlumata görə, məşhur ABŞ milyarderi Ceffrei Epstein 2019-cu ilin iyulunda Nyu-Yorkda həbs edilib və 2002-2005-ci illər arasında seks və insan alveri ittihamı ilə həbs edildiyi bildirilib. Məşhur milyarderin daha əvvəl cinsi təcavüzə görə cinayət işi var. Polis Epsteinin Manhattandakı lüks evinə basqın edərək orada çoxsaylı arzuolunmaz fotoşəkillər tapıb.
Fotoşəkillərdə məcburən cinsi əlaqədə olduğu insanların fotoşəkilləri əks olunub. Şəkillərdən bəlli olub ki, qurbanların bəziləri uşaqdır. 2019-cu ilin avqustunda Epstein saxlanıldığı kamerada intihar edib.
Bu görüşlərdən bir dərs çıxarıb-çıxarmadığını soruşduqda Qeyts "eh, o öldü, buna görə də ... bilirsiniz, ümumiyyətlə, hər zaman diqqətli olmalısınız" sözlərini deyib.